Bakı. Trend:
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləritədbirlərlə “TikTok” sosial şəbəkəsində saxta hesablardan istifadəedərək vətəndaşların ünvanına nalayiq ifadələr yazan şəxssaxlanılıb.
Trend xəbər verirki, araşdırmalarla onun 27 yaşlı rayon sakini İlham Abdullayevolduğu müəyyən edilib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin internetinformasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiyaşəbəkələrində yayılması qadağan edilən informasiyanınyerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib edilərəkhüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə İ.Abdullayev 25 gün müddətinə inzibatiqaydada həbs olunub.