Bizon Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşir.
Fanat.Az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin cavab görüşləri start götürəcək.
İlk gündə bir qarşılaşma baş tutacaq. "Zirə" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Matç saat 19:00-da başlayacaq.
Komandalar arasındakı ilk oyun qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, digər qarşılaşmalar 4-5 mart tarixlərində keçiriləcək.
Bizon Azərbaycan Kuboku
1/4 final, cavab oyunu
3 mart
19:00."Zirə" – "Sumqayıt"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov.
VAR: Tural Qurbanov, Asiman Əzizli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.
(ilk oyun - 0:0).