Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmaları bu gün start götürür.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə yeganə qarşılaşma olacaq.
"Zirə" "Sumqayıt"ı qəbul edəcək. Tərəflər arasındakı ilk matçda qapılara qol vurulmayıb.
Azərbaycan Kuboku, 1/4 final cavab oyunu
3 mart (çərşənbə axşamı)
19:00 “Zirə” – “Sumqayıt” (ilk matç - 0:0)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu