AZ

Bir tük 30 ilin sirrini açdı: ABŞ də dəhşətli cinayət ifşa olundu

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

ABŞ-də detektivlər bir tük vasitəsilə 30 il əvvəl yeddi yaşlı qızın oğurlanaraq öldürülməsi ilə bağlı cinayət işini aça biliblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə 1996-cı ildə Tennessi ştatında baş verib. Yeddi yaşlı Morqan Violi bacıları və dostları ilə oynayarkən naməlum şəxs tərəfindən oğurlanıb.

Şahidlərin sözlərinə görə, bir kişi qızı zorla avtomobilə mindirərək hadisə yerindən uzaqlaşıb.

Həmin vaxt hüquq-mühafizə orqanları heç bir ciddi iz əldə edə bilməyiblər.

Lakin illər sonra müasir məhkəmə-tibbi DNT ekspertizası cinayətin 61 yaşlı Robert Froberq tərəfindən törədildiyini sübuta yetirib.

Ekspertiza tərk edilmiş avtomobildə tapılmış tük nümunəsi üzərində aparılıb.

Araşdırma zamanı məlum olub ki, Froberq 1996-cı ilin aprelində həbsxanadan qaçıb. O, qaçırdığı uşağı boğaraq öldürdüyünü etiraf edib.

Qeyd olunur ki, təqsirləndirilən şəxs ömürlük həbs və ya edam cəzası ilə üzləşə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
112
oxu.az

1Mənbələr