AZ

Ürək xəstəliklərinə qarşı effektiv üsul açıqlandı

ain.az, Oxu.az saytına istinadən bildirir.

Gündüz saat 11:00-dan 15:00-dək açıq havada vaxt keçirmək bioloji ritmlərin normallaşmasına kömək edir.

Bu vərdiş hər dəfə mütləq 10 min addım hədəfinə çatmadan belə, ürək-damar xəstəliklərinin yaranma riskini azaltmağa imkan verir.

Oxu.Az xəbər verir ki, bu barədə Çexiyanın Palaçki Universitetinin ümumi praktika həkimi Hüseyn Əhməd "HuffPost" nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, təbii gün işığı orqanizmin daxili saatı hesab edilən sirkadian ritmləri, eləcə də yuxu və oyaqlıq dövriyyəsini tənzimləyir.

Bu proses insanın daha tez yuxuya getməsinə və gecə boyu daha dərin, keyfiyyətli yuxu yatmasına kömək edir.

H.Əhməd vurğulayıb ki, müsbət nəticə əldə etmək üçün mütləq 10 min addım qaydasına riayət etmək tələb olunmur. Mövcud tibbi tövsiyələrə əsasən, həftə ərzində ümumilikdə 150 dəqiqə orta intensivlikli fiziki aktivlik (məsələn, həftədə 5 gün 30 dəqiqəlik sürətli yürüş) kifayət edir.

Belə rejim ürək-damar xəstəlikləri riskini azaldır, bədən çəkisinin nəzarətdə saxlanmasına və əhvali-ruhiyyənin yüksəlməsinə kömək edir.

Həkim əlavə edib ki, müntəzəm yarım saatlıq gəzintilər, xüsusilə oturaq həyat tərzi sürən şəxslər üçün faydalıdır. Bu, ağır və intensiv məşqlərə, eləcə də dərman preparatlarına ehtiyac duymadan yuxu keyfiyyətini artırmağın və ümumi sağlamlığı yaxşılaşdırmağın sadə üsuludur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
oxu.az

2Mənbələr