AZ

Avropa İttifaqı enerji böhranı üzrə qərargah yaradacaq

Berlin, 3 mart, AZƏRTAC

Avropa İttifaqı (Aİ) İran münaqişəsi səbəbindən mümkün təchizat problemlərini həll etmək üçün konkret addımlar atmağa başlayıb.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Avropa Komissiyası Brüsseldə keçirilən xüsusi iclasdan sonra Ursula Fon der Lyayenin rəhbərliyi ilə üzv ölkələrlə birlikdə enerji böhranı üzrə qərargahın yaradılacağını açıqlayıb. Məqsəd münaqişə nəticəsində neft və qazın sürətlə qiymətlərinin sürətlə artmasına adekvat cavab verməkdir. Aİ, həmçinin dəniz və hava nəqliyyatında, xüsusilə Hörmüz boğazı və Qırmızı dəniz ətrafında yaranan riskləri yaxından izləməyi planlaşdırır. Hava yolları, gəmiçilik şirkətləri və milli orqanlarla daha sıx koordinasiyanın həyata keçirilməsi nəzərdə tutulub.

 
Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
25
2
azertag.az

3Mənbələr