AZ

Zukerberq Mayamidə rekord qiymətə malikanə alıb

Zukerberq Mayamidə rekord qiymətə malikanə alıb

"Meta" korporasiyasının həmtəsisçisi Mark Zukerberq və həyat yoldaşı Priskilla Çan "milyarderlər bunkeri" kimi tanınan süni İndian-Krik adasında 170 milyon dollarlıq mülk əldə ediblər.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. "Bu günə qədər bu, Mayami tarixindəki ən baha sövdələşmədir. Bu rəqəm müstəsna görünsə də, bazardakı digər obyektlərə və təkliflərə əsasən deyə bilərəm ki, biz tezliklə məbləği 100 milyon dolları ötən çox sayda sövdələşmənin şahidi olacağıq", – deyə daşınmaz əmlak satıcılarının nümayəndələri bildiriblər.

Qeyd edək ki, Floridanın cənubunda yerləşən İndian-Krik adası XX əsrin əvvəllərində yaradılıb və təxminən 120 hektar sahəni əhatə edir. Hazırda bu adada Ceff Bezos, Cared Kuşner və Karl Aykan kimi tanınmış şəxslərin də mülkləri var.

Seçilən
31
afn.az

1Mənbələr