AZ

Barselona prezident seçkilərində namizədlərin imza sayı açıqlandı

Bakı. Trend:

Barselona prezident seçkilərində namizədləri dəstəkləmək üçüntoplanan imzaların sayı açıqlanıb.

Trend xəbər verirki, rəsmi qeydiyyat üçün tələb olunan hədd 2237 imzadır.

Klubun keçmiş prezidenti Joan Laporta ən çox imza təqdim edib –8171 imza. 2021-ci ildə keçirilən son seçkilərdə o, 10272 imzatoplamışdı.

“Blauqrana”nın keçmiş məşqçisi Xavi tərəfindən dəstəklənənViktor Font 5144 imza toplayıb. Onu doqquz imza toplayan UilyamMeddok da dəstəkləyib.

“Barsa” akademiyasının yetirməsi Mark Siria onu dəstəkləyənlərin2840 imzasını təqdim edib.

Xavi Vilajoana 1621 imza toplaya bilib, buna görə də o, rəsminamizəd kimi qeydiyyata alınmayacaq.

Digər namizəd Daniel Xuan isə cəmi 84 imza təqdim edib.

Seçilən
5
5
az.trend.az

6Mənbələr