BAKI, 3 mart. TELEQRAF
Ukrayna Prezidenti Vladimir Zelenskyy Yaxın Şərqdə gərginliyin artması fonunda Qərbin Kiyevə silah tədarükünü azalda biləcəyindən narahat olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Zelenski bu barədə İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində danışıb.
“Biz səmanı müdafiə etmək üçün raket və sursatların alınmasında çətinliklərlə üzləşə bilərik. Onlar amerikalılara və Yaxın Şərqdəki müttəfiqlərinə də lazım ola bilər”, - deyə o qeyd edib.
Bununla yanaşı, Zelenski ABŞ və İsrailin İrana endirdiyi zərbələri dəstəklədiyini bildirib. O, eyni zamanda, münaqişənin daha da genişlənməsinin Ukrayna üçün mənfi nəticələr doğura biləcəyini vurğulayıb.