AZ

General: ABŞ müttəfiqləri Ukrayna üçün sursat çatışmazlığından ehtiyat edirlər

General: ABŞ müttəfiqləri Ukrayna üçün sursat çatışmazlığından ehtiyat edirlər

ABŞ-ın İrandakı uzunmüddətli hərbi əməliyyatları Vaşinqtonun Ukraynanı lazımi sursatla təmin etmə imkanlarını məhdudlaşdıra bilər.

AFN.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Qərargahının keçmiş rəisi (2018-2021) general Nik Karter "Sky News" telekanalına müsahibəsində bildirib. "Hamımız narahatıq ki, bu vəziyyət digər hərbi səhnələrdə, xüsusilə də Ukraynada ehtiyac duyulan təminatın qarşısını alacaq", – deyə general vurğulayıb.

Karter xüsusilə Hava Hücumundan Müdafiə (HHM) sistemləri üçün raket-tədarükünü nümunə gətirərək qeyd edib ki, müasir sursatların istehsalı kifayət qədər vaxt aparır: "Ehtimal edirəm ki, 4-5 həftə ərzində çox böyük miqdarda sursat sərf olunacaq".

General, həmçinin İranda quru əməliyyatı olmadan hakimiyyət dəyişikliyinin mümkünlüyünə skeptik yanaşdığını bildirib: "Tarix göstərir ki, təkcə hava zərbələri ilə bu məqsədə çatmaq ehtimalı çox aşağıdır. Bunun üçün quruda dəstək lazımdır".

Seçilən
24
afn.az

1Mənbələr