AZ

Ağ Ev İrana qarşı əməliyyatın məqsədlərini açıqlayıb

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp “Epik Qəzəb” (Epic Fury) adlı hərbi əməliyyatın məqsədlərini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, əməliyyatın əsas hədəfləri İranın raket arsenalının məhv edilməsi və raket sənayesinin sıradan çıxarılması, İranın Hərbi Dəniz Qüvvələrinin zərərsizləşdirilməsi, eləcə də Tehranın dəstəklədiyi silahlı qrupların regionda və dünyada sabitliyi pozmaq imkanlarının aradan qaldırılmasıdır.

Açıqlamada qeyd olunub ki, İranın partlayıcı qurğular və yol kənarı bombalar hazırlamasının və istifadə etməsinin qarşısının alınması, həmçinin ölkənin nüvə silahı əldə etməsinə imkan verilməməsi də prioritetlər sırasındadır.

Bəyanatda vurğulanıb ki, ABŞ milli təhlükəsizlik maraqlarını qorumaq üçün bu addımları zəruri hesab edir.

Eyni zamanda, İran rejiminin 49 yüksək vəzifəli nümayəndəsinin, o cümlədən ali lider Ayətullah Əli Xameneinin əməliyyatın ilk zərbələri zamanı öldürüldüyü iddia edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
sherg.az

2Mənbələr