AZ

Makron: Fransa nüvə arsenalının dəqiq rəqəmlərini açıqlamayacaq

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Paris, 3 mart, AZƏRTAC

Fransa nüvə arsenalının dəqiq rəqəmlərini açıqlamayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron ölkəsinin sualtı hərbi bazasındakı çıxışında deyib.

“Biz təhdidlərin birləşməsi qarşısında nüvə çəkindirmə qabiliyyətimizi gücləndirməliyik”, – deyə E. Makron vurğulayıb. Yaxın Şərqdə müharibə başlamazdan əvvəl planlaşdırılmış bu çıxışda o, Fransanın nüvə siyasətində milli və Avropa çağırışlarına uyğun bir dəyişiklik elan edib.

O, Fransanın nüvə arsenalında olan döyüş başlıqlarının sayının artırılması barədə göstəriş verdiyini açıqlayıb. Fransa lideri bu addımın silahlanma yarışına qoşulmaq anlamına gəlmədiyini xüsusi vurğulayıb.

“Təhlükəli və qeyri-sabit dünyada azad olmaq üçün qorxudan olmaq lazımdır”, – deyə Makron əlavə edib.

Prezident bir daha vurğulayıb ki, komanda zənciri tam aydınlığa malikdir və nüvə silahından istifadə ilə bağlı son qərar yalnız prezidentə məxsusdur. Bu bəyanat Fransanın nüvə doktrinasında strateji dəyişiklik kimi qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
2
azertag.az

3Mənbələr