ABŞ-ın birinci xanımı Melaniya Trampın sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçirilib.
Publika.az xəbər verir ki, tarixdə ilk dəfə ABŞ-ın birinci xanımı bu iclasa sədrlik edib. Odur ki, iclas ajiotaj yaradıb.
"Beynəlxalq Sülh və Təhlükəsizliyin Qorunması: Münaqişədə Uşaqlar, Texnologiya və Təhsil" sessiyasına sədrlik edən Melaniya Tramp salonu doldurmağı bacarıb. Sessiya təkcə ictimaiyyət arasında deyil, həm də tam heyətlə iştirak edən diplomatlar arasında böyük maraq doğurub.