AZ

Şarl Lekler toyundan şəkillər paylaşıb - FOTO

“Ferrari pilotu” Şarl Lekler və həyat yoldaşı Aleksandra 28 fevralda Monakoda baş tutan toy mərasimindən ilk foto və videoları sosial mediada paylaşıblar.

“28 fevral 2026-cı il – vətəndaş toyu.

Əbədi xatırlayacağımız bir gün. Birinci hissə bitdi, ikinci hissə isə gələn il bütün sevdiklərimizlə olacaq”, - deyə Çarlz sosial media paylaşımında yazıb.

Xatırladaq ki, cütlük nişanlarını 2025-ci ilin noyabr ayında elan edib. Ötən şənbə günü onlar rəsmi olaraq ər-arvad olublar.

Mərasimdən əvvəl yeni evlənənlər əfsanəvi “Ferrari 250 Testa Rossa” ilə Monako küçələrində gəziblər və ertəsi gün Aleksandra sosial mediada soyadını Lekler olaraq dəyişdirib.

İdman.Biz
Seçilən
13
idman.biz

1Mənbələr