AZ

Premyer Liqada mövsümün ən kasad həftəsi

Misli Premyer Liqasında 2025-26 mövsümünün antirekordu qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, 20-ci turda keçirilən 6 oyunda ümumilikdə 8 qol vurulub.

Bu, mövsümün ən aşağı məhsuldarlığının qeydə alındığı turdur. Buna qədər antirekord 10 qolla 14-cü tura təsadüf edib.

4-cü turda isə texniki nəticə də nəzərə alınmaqla 11 qol hesaba alınıb. 20-ci tur ilk dəfə 10-dan az qolun vurulduğu tur kimi yadda qalıb.

Mövsümün ən məhsuldar turu isə 24 qolun qeydə alındığı 8-ci turdur.

Digər diqqətçəkən məqam cari mövsüm ilk dəfə bir turda yerli oyunçuların əcnəbilərdən az qol vurmamasıdır. Belə ki, 8 topdan 4-nü azərbaycanlılar, bir o qədərini isə gəlmələr aktivlərinə yazdırıblar.

Millimizin oyunçuları Musa Qurbanlı, Emin Mahmudov, Xəyal Əliyev və U-21 yığmamızın sabiq üzvü Rauf Hüseynli hərəyə bir dəfə fərqləniblər.

Seçilən
23
sportinfo.az

1Mənbələr