Vaşinqton, 3 mart, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio İran üçün ən ağır zərbələrin hələ qarşıda olacağını deyib.
AZƏRTAC-ın məlumatına görə, jurnalistlərə açıqlama verən Rubio İranın artıq ciddi ziyan gördüyünü deyib.
“Taktiki səylərimizin təfərrüatlarını açıqlamayacağam, amma ABŞ ordusunun ən ağır zərbələri hələ qabaqdadır. Növbəti mərhələ İran üçün indikindən daha cəzalı olacaq. Biz məqsədlərimizə çatana qədər edəcəyik. Bu əməliyyat bitdikdən sonra dünya daha təhlükəsiz bir yer olacaq”,-deyə dövlət katibi əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton