AZ

Pyerluici Kollina: “Texnologiyasız futboldan ötrü darıxanlara VAR dan əvvəlki dövrün matçlarını izləməyi məsləhət görürəm”

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina VAR sisteminə qarşı tənqidlərə münasibət bildirib.

İdman.Biz bildirir ki, VAR sistemi ilk dəfə 2011/12 mövsümündə Niderland Erediviziyasında test rejimində sınaqdan keçirilib.

“Bəziləri VAR-ın meydana gəlməsi ilə səhvlərin aradan qaldırılacağını düşünə bilər. Məqsəd heç vaxt bu olmayıb. Futbol “faktiki” qərarlara və hadisənin təfsiri ilə bağlı qərarlara əsaslanan bir idman növüdür. Onun istifadəsini nə qədər təkmilləşdirsək də, insan amili və bununla birlikdə səhv ehtimalı həmişə qalacaq.

Texnologiyasız futbolu qaçıranlar üçün VAR-ın istifadə edilmədiyi bir neçə matçı - məsələn, FA Kubokunun ilkin mərhələlərini - izləməyi məsləhət görürəm, əminəm ki, onlar fikirlərini dəyişəcəklər”, - Kollina “Sky Sport Italia”ya verdiyi müsahibədə deyib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
icma.az

2Mənbələr