Ağcəbədi sakini Rusiya-Ukrayna müharibəsində itkin düşüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat verib.
O bildirib ki, 1994-cü il təvəllüdlü, Ağcabədi rayon sakini Haciyev Yusif Rusiya Ordusunun tərkibində Kupyansk istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Hərbi bloger qeyd edib ki, ailəsinin məlumatına görə, Yusif Hacıyevi aldadaraq müharibəyə aparıblar. Ailəsinin iddiasına görə, o hətta rus dilini bilməyib.
Telegram kanalımız