AZ

ABŞ Oman körfəzində İrana məxsus 11 gəmini batırıb

Vaşinqton, 3 mart, AZƏRTAC

ABŞ Oman körfəzində İrana məxsus 11 gəmini batırdığını açıqlayıb. AZƏRTAC-ın məlumatına görə, bu barədə Mərkəzi Komandanlıq məlumat yayıb. Bildirilir ki, hazırda İranın körfəzdə gəmisi qalmayıb. Qeyd olunur ki, İran on illərdir Oman körfəzində beynəlxalq gəmiçiliyə hücum edib və o günlər artıq geridə qalıb.

“Dəniz naviqasiyası azadlığı 80 ildən çoxdur ki, Amerika və qlobal iqtisadi rifahın əsasını təşkil edir. ABŞ qüvvələri onu müdafiə etməyə davam edəcək”, - deyə bəyanatda vurğulanır.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
13
azertag.az

1Mənbələr