AZ

Peyk Analizi: İranın "Üzən bazası" alovlar içində

Hörmüz boğazı yaxınlığındakı Bəndər-Abbas limanından alınan ən son görüntülərdə nəhəng bir gəminin üzərindən qara tüstülərin yüksəldiyi aydın görünür.

Milli.Az xəbər verir ki, təhlillər bu gəminin İranın ən böyük hərbi gəmisi olan "IRIS Makran" (441) olduğunu göstərir.

Təxminən 230 metr uzunluğunda olan bu nəhəng gəmi keçmiş neft tankerinin hərbi bazaya çevrilmiş formasıdır.

Makran sadəcə bir gəmi deyil, uzaq dənizlərdə əməliyyat aparmaq üçün nəzərdə tutulmuş "İrəli Baza Gəmisi"dir. O, eyni vaxtda 6-7 helikopter daşıya bilir, sürətli katerlər, PUA-lar və komandolar üçün ana gəmi rolunu oynayır.

Peyk fotolarında gəminin göyərtəsindən qatı qara tüstü qalxdığı və liman infrastrukturunun (pirslərin) da ciddi zərər gördüyü müşahidə olunur.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
13
1
milli.az

2Mənbələr