AZ

ABŞ: "Oman körfəzində İranın heç bir gəmisi qalmadı"

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində həyata keçirilən əməliyyatlar nəticəsində İrana məxsus 11 hərbi gəminin batırıldığını açıqlayıb. Bu zərbədən sonra İranın sözügedən ərazidəki dəniz varlığı tamamilə sıfırlanıb.

Milli.Az xəbər verir ki, CENTCOM rəsmi "X" (keçmiş Twitter) hesabında bu tarixi inkişafı belə şərh edib:

"İki gün əvvəl İran rejiminin Oman körfəzində 11 gəmisi var idi, bu gün isə SIFIR."

Komandanlıq bildirib ki, İran rejimi onilliklər boyu Oman körfəzində beynəlxalq gəmiçiliyə mane olur və hücumlar təşkil edirdi. Açıqlamada "Həmin günlər artıq geridə qaldı" ifadəsi xüsusi vurğulanıb.

ABŞ tərəfi bu hərbi addımın qlobal iqtisadiyyat üçün əhəmiyyətini qeyd edib:

"Dəniz naviqasiyasının azadlığı 80 ildən artıqdır ki, həm Amerikanın, həm də qlobal iqtisadi rifahın təməl daşıdır."

ABŞ qüvvələrinin bu azadlığı qorumaq üçün hərbi müdaxilələri davam etdirəcəyi bildirilib.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
11
1
milli.az

2Mənbələr