AZ

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib

Kiyev, 3 mart, AZƏRTAC

Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında deyib

"Biz Rusiyanın 2026-2027-ci illər üçün planlarını aldıq. Onlar 2025-ci ildən bir qədər köhnəlib. Görürük ki, onlar gözləntiləri doğrultmayıb. Nə istədiklərini başa düşürük", deyə Prezident bildirib.

Zelenskinin sözlərinə görə, ruslar hələ də Donetsk və Luqansk vilayətlərini işğal etmək istəyirlər. Eyni zamanda, düşmən Zaporojye və Dnepropetrovsk ərazilərində irəliləmək cəhdlərindən əl çəkməyi planlaşdırmır. Onlar, həmçinin Odessa bölgəsini də nəzərdən keçirirlər.

 
Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

Seçilən
14
3
azertag.az

4Mənbələr