ABŞ və İsrailin İrana qarşı əməliyyatı çərçivəsində yeni “Precision Strike Missile” (PrSM) ballistik raketi ilk dəfə döyüş şəraitində tətbiq olunub. Bu, raketin hazırlanmasına başlanmasından təxminən on il sonra baş verib.
Bizim.Media The War Zone (TWZ) portalına istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələri yeni qısa mənzilli Precision Strike Missile ballistik raketlərini ilk dəfə istifadə edib.
Məqalədə qeyd olunur ki, bu raketlər təxminən iki il əvvəl silahlanmaya qəbul edilib və sələfi olan ATACMS (Ordu Taktiki Raket Sistemi) ilə müqayisədə “əhəmiyyətli dərəcədə daha böyük” uçuş məsafəsinə malikdir. Bundan əlavə, zərbə zonaları da genişləndirilib.
Raketin baza versiyasının minimal zərbə məsafəsi 500 km-dir. Gələcəkdə ABŞ hərbçiləri uçuş məsafəsini 650 km-ə qədər artırmağı, həmçinin 1000 km-ə qədər mənzilə malik daha uzaqmənzilli versiya hazırlamağı planlaşdırırlar.
Nəşr qeyd edir ki, bu göstəricilər sələfi olan ATACMS-in imkanlarını xeyli üstələyir. Belə ki, ən uzaqmənzilli ATACMS raketlərinin maksimal məsafəsi təxminən 300 km-dir.
Bizim.Media