ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
ABŞ hərbi rəhbərliyi İslam Respublikasına qarşı mümkün əməliyyat çərçivəsində Yaxın Şərqə genişmiqyaslı qüvvə və texnikanın yerləşdirildiyini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn Pentaqonda keçirdiyi brifinqdə bildirib ki, hazırlıq prosesi davam edir və yerləşdirmə əməliyyatı hələ başa çatmayıb.
Onun sözlərinə görə, bölgəyə müxtəlif qoşun növlərindən minlərlə hərbçi, yüzlərlə dördüncü və beşinci nəsil qırıcı təyyarə, onlarla tanker təyyarəsi, eləcə də hava qanadları ilə birlikdə “USS Abraham Lincoln” və “USS Gerald R. Ford” təyyarədaşıyan zərbə qrupları yerləşdirilib.
Qeyd edək ki, fevralın 28-i səhər saatlarında isə ABŞ-ın İsraillə birlikdə paytaxt Tehran da daxil olmaqla İran ərazisinə kütləvi hava zərbələri endirdiyi bildirilir. Məlumatlara görə, hücumlar nəticəsində ciddi dağıntılar qeydə alınıb.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.