AZ

İrandan Azərbaycana 50 nəfər təxliyə edildi - Aralarında Serbiya səfirliyinin əməkdaşları da var - FOTO

2 mart saat 21:00-dan 3 mart saat 00:00-dək Astara Sərhəd Gömrük-keçid məntəqəsi üzərindən 50 nəfərin təxliyəsi həyata keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təxliyə olunanlar arasında 7 Azərbaycan, 10 Tacikistan, 11 Rusiya Federasiyası, 17 Çin vətəndaşı, həmçinin Serbiyanın İrandakı diplomatik nümayəndəliyinin 5 əməkdaşı yer alır. Diplomatik korpusun üzvləri hazırda müvafiq qaydada qeydiyyata alınır.

Qeyd edək ki, son 3 saat ərzində sərhəddən keçən təxliyə olunan şəxslərdən 5-i azyaşlıdır.










Sabutay, Bizim.Media, Cənub bürosu.

Seçilən
15
bizim.media

1Mənbələr