AZ

Jurnalist: Tramp empatiya qabiliyyətinə malik deyil və başqalarının faciəsinə biganədir...

Amerikalı jurnalist Con Harvud Donald Trampı İranla bağlı qərarlarına görə sərt tənqid edib və onun davranışlarını məsuliyyətsiz adlandırıb...

Poliqon xəbər verir ki, amerikalı jurnalist Con Harvud sosial şəbəkə X-də paylaşım edərək ABŞ-nin Prezidenti Donald Trampı İranla bağlı hərbi qərarlarına görə kəskin tənqid edib. O bildirib ki, Trampın son açıqlamaları və davranışları empatiya çatışmazlığını nümayiş etdirir və ölkəni ağır nəticələrə sürükləyə bilər.

Con Harvud yazıb ki, Tramp dörd amerikalı hərbçinin həyatını itirməsi ilə bağlı “biz yas tuturuq” ifadəsini səsləndirdikdən dərhal sonra özünün tikdirdiyi bal zalı ilə öyünərək istehzalı şəkildə çıxış edib. Jurnalist bu davranışı qəbuledilməz adlandırıb və qeyd edib ki, Tramp başqalarının faciəsinə həssas yanaşmır.

Jurnalistin sözlərinə görə, ABŞ-nin Prezidenti İranla bağlı qərarları ilə həm daxili, həm də beynəlxalq miqyasda gərginliyi artırır.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr