AZ

Xameneinin ölümündən sonra Pezeşkian ilk dəfə belə görüntüləndi – FOTO

İran Prezidenti Məsud Pezeşkian İranın Ali Rəhbəri Əli Xameneinin ölümü ilə bağlı xəbərlərdən sonra ilk dəfə görüntülənib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İrna” məlumat yayıb. Qeyd olunub ki, Prezident ABŞ və İsrailin son hücumları nəticəsində Tehranda zərər görmüş ərazilərə baş çəkib.

O, dağıdılmış yaşayış binaları və dövlət idarələrində vəziyyətlə yerində tanış olub, məsul şəxslərlə müşavirə keçirib. Pezeşkiana dağıntıların miqyası və bərpa işlərinin gedişi barədə məlumat verilib.

Prezident zərərçəkmiş obyektlərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və dövlət qurumlarının fəaliyyətinin davam etdiyini bildirib.

Qeyd edək ki, son hücumlar nəticəsində Tehranın müxtəlif hissələrində ciddi dağıntılar qeydə alınıb. Regionda gərginlik davam edir.

WhatsApp

Seçilən
12
editor.az

1Mənbələr