AZ

Gürcüstan vətəndaşları üçün Yaxın Şərqdən xüsusi reyslər təşkil ediləcək

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tbilisi, 3 mart, AZƏRTAC

Hazırda xaricdə olan və ölkəyə qayıtmaq istəyən Gürcüstan vətəndaşları üçün Yaxın Şərqdən xüsusi reyslər təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Yaxın Şərqdə yaranmış vəziyyətlə bağlı məlumatında bildirilib.

Açıqlamada qeyd olunub ki, bir sıra ölkələrin hava məkanının bağlanması səbəbindən səyahətlərdə fasilələr yaranıb. Nəticədə vaxtında geri qayıtması mümkün olmayan Gürcüstan vətəndaşları üçün hökumətin qərarı ilə xüsusi reyslər həyata keçiriləcək.

Uçuşlar Maskat – Tbilisi (3-5mart) və Ər-Riyad – Tbilisi marşrutu üzrə (4 mart) yerinə yetiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
azertag.az

3Mənbələr