AZ

AŞPA məruzəçisi İsraili Fələstin ərazilərinə QHT-lərin girişinə qoyulan qadağanı ləğv etməyə çağırır

QHT.az xəbər verir ki, AŞPA Fələstin ərazilərində qadın və uşaqların vəziyyəti üzrə Baş məruzəçisi Cozef O’Reyli (İrlandiya) aşağıdakı bəyanatı verib:


“İsrail hökumətinin 1 mart 2026-cı il tarixindən etibarən 37 etibarlı beynəlxalq QHT-nin – o cümlədən Oxfam, Norwegian Refugee Council, Save the Children və Médecins Sans Frontières – Qəzza və İordan çayının Qərb sahilində fəaliyyət göstərməsini qadağan etməsi dərin narahatlıq doğurur. Bu təşkilatlar digər QHT-lər və BMT agentlikləri ilə birlikdə fövqəladə şəraitdə, çox vaxt böyük şəxsi risklərlə həyat qurtaran humanitar yardım göstəriblər.
QHT-ləri əməkdaşlarının şəxsi məlumatlarını təqdim etməyə məcbur edən yeni qeydiyyat tələbləri humanitar neytrallıq, müstəqillik və məlumatların qorunması prinsiplərini pozur. Eyni zamanda, silahlı münaqişə, blokada və genişmiqyaslı dağıntıların nəticələri fonunda – Qəzzanın infrastrukturunun 80%-dən çoxu məhv edildiyi halda – milyonlarla fələstinli qadın və uşağa təcili yardımın çatdırılmasına mane olur. Bu cür tədbirlər beynəlxalq humanitar hüququ zəiflədir və onsuz da kritik olan humanitar böhranı daha da dərinləşdirmək riski yaradır.


Assambleyanın son qətnaməsini xatırladaraq, mən İsrail hakimiyyətini İsrail Ali Məhkəməsinin qadağanın müvəqqəti dayandırılması barədə qərarına dərhal əməl etməyə və QHT-lərə tətbiq olunan məhdudiyyətləri qəti şəkildə ləğv etməyə çağırıram. İsrail beynəlxalq hüquqi standartlara, o cümlədən Cenevrə Konvensiyalarına uyğun olaraq maneəsiz humanitar çıxışı təmin etmək və bütün mülki şəxslərin müdafiə və ləyaqət hüququnu qorumaq üzrə öhdəliklərinə əməl etməlidir.”
 

Seçilən
16
qht.az

1Mənbələr