Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən dünən səhər saatlarından etibarən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edib. Xarici ölkələrin, ümumilikdə, 100-dən çox vətəndaşının İrandan təxliyəsi təmin olunub.
Təxliyə olunan şəxslər Çin (50), Pakistan (20), Tacikistan (7), Fransa (1) vətəndaşlarıdırlar. Təxliyə edilənlər arasında Rusiya Federasiyası vətəndaşları üstünlük təşkil edir. Təxliyə iştirakçıları müvafiq qeydiyyat və sənəd yoxlanışı prosedurlarından keçirilib, təhlükəsiz və nizamlı şəkildə ölkə ərazisinə daxil olublar. Son mərhələdə 70-ə yaxın Rusiya vətəndaşı Azərbaycan ərazisindən tranzit qaydada keçərək ölkələrinə yola salınıb.
Təxliyə olunan göstərilən diqqət, qayğı və qonaqpərvərlik üçün Azərbaycan dövlətinə və xalqına təşəkkürlərini bildiriblər.
XQ