AZ

Vətəndaş cəmiyyəti hökumətə müraciət etdi

85 vətəndaş cəmiyyəti təşkilatı Baş nazir Keir Starmerə məktub ünvanlayaraq iqlim maliyyəsinin artırılmasını və bunun üçün fosil yanacaq istehsalçılarının vergiyə cəlb olunmasını təklif edib.

QHT.az xarici mətbuata istinadən xəbər verir ki, VCT-lər bildirirlər ki, iqlim maliyyəsinin azaldılması iqlim böhranının ön cəbhəsində olan ölkələrə və hökumətin seçki manifestinə xəyanət olardı.
Təşkilatlar əlavə edirlər ki, neft-qaz şirkətlərinə vergi tətbiqi, fosil yanacaq subsidiyalarının yönləndirilməsi və yüksək karbon izi olan zəngin təbəqəyə (məsələn, tez-tez uçan sərnişinlər və şəxsi təyyarələrə) vergi qoyulması yolu ilə hər il on milyardlarla funt toplamaq mümkündür.

 

Seçilən
12
qht.az

1Mənbələr