AZ

“Qalatasaray” oyunu öncəsi “Liverpul”a üzücü xəbər

“Liverpul”un zədəli futbolçusu Florian Virtsin durumuna aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Arne Slot bildirib ki, 22 yaşlı yarımmüdafiəçi martın 10-dək meydana çıxa bilməyəcək və “Vulverhempton”a qarşı həm Premyer Liqa, həm də Federasiya Kuboku oyunlarını buraxacaq.

Qeyd edək ki, Virts bu mövsüm 35 matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. “Liverpul” isə Çempionlar Liqasının 1/8 finalında martın 10-da səfərdə “Qalatasaray”la qarşılaşacaq.

Seçilən
84
idmanxeber.az

1Mənbələr