Samvel Karapetyan bütün ermənilərin birliyini bərpa edəcək. Bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Ilur.am saytına müsahibəsində bildirib.
"27 fevralda jurnalistin müxalifətdəki parçalanma ilə bağlı verdiyi suala cavabınıza reaksiya necə oldu” sualına cavabında o deyib ki, reaksiya bütün gözləntilərini aşıb. O deyib ki, Samvel Karapetyan peşəkar iqtisadçılardan və texnokratlardan ibarət güclü bir hökuməti öz ətrafında birləşdirməyə qadirdir və onların əsas məqsədi ölkəni gücləndirmək və əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq olacaq.
Eks-prezidentin fikrincə, Karapetyan qalib gələcəyi təqdirdə Ermənistanla digər dövlətlər arasında bağlanmış müqavilələrdən imtina etməyəcək, əksinə, Ermənistanın onlar qarşısındakı öhdəliklərini daha da gücləndirəcək.
Eyni zamanda, Karapetyan qalib gələrsə, dövlətin Kilsəyə qarşı başlatdığı “konstitusiyaya zidd və xain kampaniya”nın da avtomatik olaraq yox olacağını bildirən Ter-Petrosyanın fikrincə, bu da qaçılmaz olaraq bütün ermənilərin birliyini bərpa edəcək.
SAMİRƏ