AZ

Azərbaycan daha bir ölkə vətəndaşlarının təxliyəsinə kömək edir

Azərbaycan Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin kəskinləşməsi fonunda Qazaxıstan vətəndaşlarının İrandan evakuasiyasına köməklik göstərməyə hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, iki vətəndaşın müraciəti əsasında Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən İrandan Culfa (Naxçıvan) sərhəd-keçid məntəqəsi vasitəsilə giriş üçün operativ qaydada icazə alınıb.

Hazırda İranda Qazaxıstanın 82 vətəndaşı var. Onların arasından zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

Seçilən
25
5
bakivaxti.az

7Mənbələr