AZ

İran nüvə obyektinə hücum barədə məlumat yaydı

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran ABŞ və İsraili Nətənz nüvə obyektinə hücumda ittiham edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (MAQATE) səfiri Rza Nəcəfi danışıb. 

Həmçinin, İranın Atom Enerjisi Təşkilatının (AEOI) vitse-prezidenti Məhəmməd Eslami MAQATE-nin baş direktoru Rafael Qrossiyə məktub ünvanlayıb:

“ABŞ və İsrail 1 mart bazar günü günortadan sonra təcavüzkar hücumlarını davam etdirərək yenidən Nətənz nüvə obyektinə iki seriya vəhşicəsinə hücumlar həyata keçiriblər”.

Eslami bu hücumların çoxsaylı beynəlxalq müqavilə və konvensiyaları, xüsusən də Cenevrə Konvensiyalarını və MAQATE Nizamnaməsini pozduğunu vurğuladı. O, agentliyin öz vəzifələrini ən qısa müddətdə yerinə yetirməli və nüvə obyektlərinə edilən hücumları pisləməli olduğunu deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
yeniavaz.com

1Mənbələr