AZ

Müharibə ilə bağlı ŞOK: Varlı şəxslər görün NƏLƏR EDİBLƏR 

Yaxın Şərqdən ayrılmaq istəyən varlı şəxslər və top-menecerlər özəl təyyarələrlə regionu tərk etmək üçün yüz minlərlə dollar ödəyirlər.

KONKRET.az xəbər verir ki, bu barədə Semafor nəşri yazıb. Bildirilir ki, ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasının başlamasından sonra bir çox hava limanı bağlandığı halda, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad əsas evakuasiya marşrutuna çevrilib. Qeyd olunur ki, şəhərin hava limanı fəaliyyətini dayandırmayan azsaylı hava limanlarından biri olub.

Mənbələrin sözlərinə görə, özəl təhlükəsizlik şirkətləri insanları BƏƏ-nin Dubay şəhərindən Ər-Riyada çatdırmaq üçün yolsuzluq avtomobillərindən ibarət karvanlar sifariş edirlər. Bu səfər təxminən 10 saat davam edir. Daha sonra isə həmin şəxslər Ər-Riyaddan regiondan çıxmaq üçün özəl təyyarələr icarəyə götürürlər.

Hazırda Ər-Riyaddan Avropaya özəl təyyarə ilə uçuşların qiymətinin 350 min dollara çatdığı bildirilir.

Natiq Səlim
KONKRET.az

Seçilən
35
1
konkret.az

2Mənbələr