AZ

Xameneinin vəzifəsini icra edən Ayətullahdan ilk açıqlama

İranda dini lideri vəzifəsini icra edən Müvəqqəti Liderlik Şurasının ruhani üzvü Ayətullah Əli Rza Ərafi yeni vəzifəsində ilk dəfə açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, məclis tərəfindən yeni lider təyin olunana şura toplantılar keçirəcək və əlaqəli tapşırıqları lazımi səylə yerinə yetirəcək. Fars xəbər agentliyinin məlumatına görə, Ayətullah Ərafi Müvəqqəti Şuraya təyin olunduqdan sonra verdiyi açıqlamada ABŞ-İsrail ittifaqının hücumlara başlamaqla "səhv hesablama" etdiyini bildirib. Ərafi, “Hörmətli silahlı qüvvələrimizə və böyük İran millətinə əminlik verirəm ki, ölkənin bütün qüvvələri sizin xidmətinizdədir”, - deyə bildirib.

Seçilən
12
metbuat.az

1Mənbələr