AZ

Xərçəng və qarın ağrısına qarşı şorba tövsiyəsi -AÇIQLAMA

Tibb üzrə terapevt və televiziya aparıcısı Yelena Malışeva ilə kardioloq Hərman Qandelman ürək və damarların qorunması üçün gündəlik menyularına mərci şorbasını əlavə etməyi tövsiyə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə “Sağlam yaşa!” proqramının efirində məlumat verilib. O, həmçinin bildirib ki, bu yemək arıqlamağa da kömək edir.

Şorbanın tərkibinə mərci, pomidor, kərəviz, sarımsaq və su daxil olduğunu deyib. Onun sözlərinə görə, kərəviz və pomidorda damarları genişləndirən maddələr var ki, bu da arterial təzyiqi azaldır. Həmçinin, Qandelman əlavə edib ki, mərci xam liflə zəngindir və bu, aterosklerozun inkişafının qarşısını alır.

“Bizim mədəniyyətimizdə mərci yoxdur. Rus insanlarında ümumiyyətlə paxlalılardan istifadə yoxdur. Bu düzgün deyil,” - deyə Malışeva bildirib və mərci şorbasını öz sevimli yeməyi adlandırıb.

O həmçinin vurğulayıb ki, bu şorba artıq çəkidən xilas olmağa da kömək edir. “Bu superaşağı kalorili şorbadır; 100 qramında təxminən 40 kilokalori var,”- deyə həkim izah edib.

Xədicə BAXIŞLI

Seçilən
16
2
redaktor.az

3Mənbələr