AZ

Trampdan Kubaya AÇIQ HƏDƏ: “Növbəti hədəf sizsiniz”

Kuba Venesuela və İranın taleyini təkrarlaya bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşri məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Kuba Birləşmiş Ştatların irəli sürdüyü şərtlərlə razılaşmasa, Venesuela və İranın taleyini təkrarlaya bilər.

Amerika lideri Kubanın İran və Venesueladan sonra növbəti hədəf olacağını açıq şəkildə elan edib.

Məlumata görə, Ağ Ev ABŞ-nin regiondakı nüfuzunu genişləndirmək üçün adanın “dostcasına mənimsənilməsi” (friendly takeover) imkanlarını nəzərdən keçirir.

Ekspertlər hesab edirlər ki, Vaşinqton Havanaya qarşı təzyiqləri artırmaqla bölgədəki geosiyasi xəritəni öz xeyrinə dəyişməyə çalışır.

Hazırda ABŞ-nin Kuba ilə bağlı gələcək addımları və tətbiq edilə biləcək mümkün sanksiyalar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
interpress.az

1Mənbələr