Bakı. Trend:
"Tesla" fevral ayında Fransa və Norveç bazarlarında satışlarınıartıraraq iki il ardıcıl azalmadan sonra Avropada müəyyənsabitləşmə siqnalı verib.
Trend bubarədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, Fransada şirkətin avtomobil qeydiyyatları 55 faizartıb. Bu artım bir çox rəqib istehsalçının ötən ilin eyni dövrüilə müqayisədə daha az satış etməsinə baxmayaraq qeydə alınıb.
Norveçdə isə artım 32 faiz təşkil edib. Bununla belə, fevral ayıstatistikasını açıqlayan ilk ölkələrdən olan Danimarkada satışlar18 faiz azalıb. İtaliya və İspaniya da daxil olmaqla digər Avropaölkələrinin hesabatlarının gün ərzində açıqlanacağı gözlənilir.
Qeyd edək ki, şirkətin Avropadakı satışları ötən il 27 faizazalmışdı. Buna Çin elektrik avtomobil markalarının artan rəqabəti,şirkətin baş direktoru Elon Musk ilə bağlı siyasi mübahisələr vəmodel sırasının yenilənməyə ehtiyacı kimi amillər təsirgöstərmişdi.
Xatırladaq ki, "Tesla" ötən il ABŞ və Avropada "Tesla Model Y"və "Tesla Model 3" modellərinin daha əlçatan versiyalarını təqdimedib. Bu modellər ötən ilin sonlarından etibarən istehlakçılaraçatdırılmağa başlanıb.
Şirkətin Avropa Birliyi, Böyük Britaniya və Avropa Azad TicarətAssosiasiyasındakı bazar payı 2025-ci ilin yanvarında 1 faizdən 0,8faizə düşüb. Bu göstərici 2025-ci ilin ümumi 1,8 faizlik bazarpayı, 2024-cü ildəki 2,5 faiz və 2023-cü ildəki 2,9 faizsəviyyəsindən hələ də aşağıdır.
Həmin dövrdə şirkətin imza modeli olan "Tesla Model Y" dünyadaən çox satılan avtomobil modeli olmuşdu.