AZ

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

Türkiyə hökuməti regionda vəziyyətin kəskinləşməsi fonunda enerji bazarlarında sabitliyin qorunması məqsədilə bütün maraqlı tərəflərlə fəaliyyətini koordinasiya etməyə davam edir.

“İki sahil” xəbər verir ki, bunu martın 2-də Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Onun sözlərinə görə, Ankara hadisələrin inkişafını diqqətlə izləyir və regionda gərginliyin beynəlxalq hüquq və diplomatiya mexanizmləri əsasında azalacağına ümid edir.

Nazir bildirib ki, dünya bazarlarında mövcud vəziyyəti Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol ilə müzakirə edib. “Biz Hörmüz boğazında gəmiçiliklə bağlı mümkün ssenariləri, neft və mayeləşdirilmiş təbii qaz bazarlarında vəziyyəti, qlobal təchizat təhlükəsizliyini, qiymət sabitliyini və geosiyasi riskləri ətraflı müzakirə etdik”, – deyə A.Bayraktar vurğulayıb.

Seçilən
7
3
ikisahil.az

4Mənbələr