AZ

Ronaldudan 35 milyon avroluq malikanə: Qızıl kranlar və gizli tunel

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futbol əfsanəsi Kriştianu Ronaldu Portuqaliyanın Kaskais sahilində dəyəri təxminən 35 milyon avro olan möhtəşəm malikanə inşa etdirib.

Fanat.Az xəbər verir ki, tikintisi üç il davam edən bu lüks mülkdə səkkiz yataq otağı var ki, hər birinin öz hamamı və xalis qızıldan hazırlanmış kranları mövcuddur.

Malikanənin özəllikləri bununla bitmir; burada qapalı və açıq hovuzlar, tam təchiz olunmuş idman zalı, şəxsi kinoteatr, gizli yeraltı tunel və hətta şəxsi çimərlik də yer alır.

İtalyan mərməri ilə bəzədilmiş evin divarlarından birində isə "Louis Vuitton" freskası diqqət çəkir.

"Abolapt"ın məlumatına görə, ulduz futbolçu karyerasını bitirdikdən sonra məhz bu sarayda yaşamağı planlaşdırır.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
fanat.az

2Mənbələr