Azertag saytına istinadən ain.az xəbər verir.
Ankara, 2 mart, AZƏRTAC
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndəsi Ömer Çelik “qardaş İran xalqı ilə həmrəylik” ifadə edib.
AZƏRTAC-ın məlumatına görə, o, Ankarada Partiyanın İdarə Heyətinin iclasının yekunlarına dair brifinqdə bildirib ki, BMT üzvü olan İrana zərbələrin heç bir hüquqi əsası yoxdur. Onun sözlərinə görə, İrana endirilən zərbələr beynəlxalq hüququn normalarına ziddir.
“Danışıqlar fonunda zərbələrin endirilməsi dialoq imkanlarını sarsıdır. Bu, son dərəcə yanlış addımdır və son dərəcə ağır nəticələrə gətirib çıxaracaq. Diplomatiya əvvəlcədən planlaşdırılmış hücumlar üçün örtük ola bilməz”, - deyə siyasətçi bildirib.
AK Parti nümayəndəsi qeyd edib ki, bundan sonra tərəflər danışıqları “yeni hücumlar ərəfəsində taktiki addım” kimi qiymətləndirəcək. “Heç bir ölkənin rejimi hücum üçün bəhanə ola bilməz”, - deyən Ömer Çelik bildirib ki, İran İslam Respublikasına qarşı zərbələrlə “dünya nizamı” anlayışı dəyərdən düşüb.
O, eyni zamanda, vurğulayıb ki, İran da “qardaş ölkələrə” zərbələr endirməməlidir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.