AZ

​“Fənərbağça”da ciddi itki -

Türkiyənin “Fənərbağça” klubunda zədəli futbolçuların sırasına daha bir oyunçu əlavə olunub. Metbuat.az xəbər verir ki, komandanın portuqaliyalı müdafiəçisi Nelson Semedo “Antalyaspor”la ötən gün keçirilən matçın 17-ci dəqiqəsində aldığı zədə səbəbindən meydanı tərk edib. Müayinələr nəticəsində futbolçunun sol dizinin daxili yan bağında qismən yırtıq aşkarlanıb. Təcrübəli yarımmüdafiəçinin təxminən bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, hazırda Edson Alvarez, Milan Şkrinyar, Çağlar Söyüncü və Anderson Taliska da zədə səbəbindən komanda yoldaşlarına kömək edə bilmir. Bu vəziyyət çempionluq mübarizəsində komandanın işini daha da çətinləşdirir.

Seçilən
154
metbuat.az

1Mənbələr