AZ

Qayda pozan sürücü motosikletçiyə təhlükə yaradıb nalayiq ifadələr işlətdi VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Xətai rayonu, İlqar Zülfüqarov küçəsində qayda pozan sürücü motosikletçiyə qəza şəraiti yaradıb. Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb.

Kadrlardan görünür ki, 77-SG-631 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü hərəkətdə olan motosikletə əhəmiyyət vermədən onu ötərək qarşısına keçib. Təhlükə ilə üzləşən motosikletçi daha sonra avtomobilə yaxınlaşaraq iradını bildirib. Sürücü isə “Get işinlə məşğul ol” deyərək törətdiyi xətaya haqq qazandırıb.

Avtomobildəki sərnişini düşürdükdən sonra sürücülər arasında yenidən mübahisə yaranıb. Bu dəfə sürücü motosikletçiyə nalayiq ifadələr işlədərək yoluna davam edib. Hadisə göstərir ki, bəzi sürücülər motosikletçilərə yol verməkdə diqqətsiz davranır, onları nəqliyyat vasitəsi kimi görmürlər. Nəticədə təhlükəyə, ən pis halda qəzalara səbəb olurlar. 

 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
avtosfer.az

1Mənbələr