AZ

İspaniya ABŞ-yə öz bazalarından istifadəni qadağan etdi

İspaniya hökuməti ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlara dəstək verməkdən imtina edərək, ölkə ərazisindəki hərbi bazaların bu məqsədlə istifadəsinə icazə verməyib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ölkəsinin suverenliyində olan Rota və Moron bazalarının BMT Nizamnaməsinə zidd və ikitərəfli müqavilələrdə nəzərdə tutulmayan əməliyyatlar üçün istifadə olunmayacağını bəyan edib.

Nazir İspaniyanın İrana edilən hücumları pislədiyini xüsusi vurğulayıb.

Madriddən gələn sərt reaksiyadan sonra “FlightRadar24” xidmətinin məlumatına görə, bazar günü İspaniyanın cənubundakı bazalardan ABŞ-yə məxsus 15 hərbi təyyarə havalanaraq ölkəni tərk edib. Onların əksəriyyətinin havada yanacaqdoldurma funksiyasını yerinə yetirən “KC-135 Stratotanker” tipli təyyarələr olduğu bildirilir. Məlumata görə, bu təyyarələrin ən azı 7-si Almaniyadakı “Ramstein” aviabazasına eniş edib, digərləri isə Fransa istiqamətinə yollanıb.

Xatırladaq ki, fevralın 28-dən başlayan hərbi əməliyyatlar nəticəsində İranda ciddi dağıntılar qeydə alınıb, tərəflər arasında qarşılıqlı raket zərbələri davam edir.

"Cebheinfo.az" 

Seçilən
4
4
cebheinfo.az

5Mənbələr