AZ

İspaniya ABŞ-ın İrana qarşı hücumlarda öz bazalarından istifadə etməsinə icazə vermir


İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib ki, İspaniyanın cənubundakı Rota və Moron de la Frontera hərbi bazaları ABŞ ordusunun İrana hücumlarında onlara heç bir kömək göstərməyib.
Nazir Robles bu sözləri Qranada şəhərində keçirilən tədbirdə jurnalistlərə bildirib. Robles ABŞ-ın Əndəlüs bölgəsində yerləşən Sevilyadakı Moron de la Frontera və Kadizdəki Rota bazalarından İrana hücumları üçün heç bir şəkildə istifadə etmədiyini bildirdi.

O, ABŞ hərbi birləşmələrinin də yerləşdiyi Əndəlüsdəki iki bazanın istifadəsinə İspaniya ilə ABŞ arasında mövcud müqaviləyə əsasən, yalnız beynəlxalq hüquq çərçivəsində icazə verildiyini qeyd etdi və birtərəfli hərəkətin mümkün olmadığını vurğuladı.

ABŞ hərbi təyyarələrinin Əndəlüs bazalarından çıxması ilə bağlı suala Robles cavab verdi: "Bu təyyarələr İrandakı hücumlarla bağlı heç bir texniki xidmət və ya dəstək əməliyyatı aparmayıb və aparmayacaq".

Bu arada, "El Confidencial" qəzeti xarici işlər naziri Xose Manuel Albaresin "İspaniya öz bazalarının İrana hücumlarda istifadəsinə icazə verməyəcək" dediyini bildirdi.

Hesabatda bildirilirdi ki, "İrana qarşı bombardman əməliyyatında iştirak edən hava qüvvələrinin yanacaq doldurması üçün vacib olan on bir KC-135T və KC-135R təyyarəsi 1 mart bazar günü gecəsi İspaniya bazalarını tərk edərək Almaniya, Birləşmiş Krallıq və digər Avropa ölkələrindəki bazalara yola düşüb".

aia.az
Tərcümə şöbəsi



Seçilən
22
aia.az

1Mənbələr