AZ

Ərəb dövlətləri İrana qarşı müharibəyə QOŞULUR — Trampdan SENSASİON BƏYANAT

Tramp: Ərəb ölkələri İrana qarşı hərbi əməliyyatlarda fəal iştirak etmək istəyirlər

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp İranın Bəhreyn, İordaniya, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı hücumlarından təəccübləndiyini bildirib.

O qeyd edib ki, əvvəlcə bu ölkələrə vəziyyəti ABŞ-nin tənzimləyəcəyini bildirsələr də, artıq həmin dövlətlər özləri döyüşmək niyyətindədirlər və bu məsələdə olduqca qərarlıdırlar.

“Biz təəccübləndik. Onlara dedik ki, ‘hər şeyi biz həll edəcəyik’, amma indi onlar özləri döyüşmək istəyirlər. Və onlar olduqca aqressiv vuruşurlar. Əvvəlcə bu prosesdə çox az iştirak etmək niyyətində idilər, indi isə əməliyyatlarda yer almaq üçün təkid edirlər”, – Tramp vurğulayıb.

Prezident həmçinin əlavə edib ki, İrana kimin rəhbərlik edəcəyi hələlik məlum deyil.

O, 49 yüksək rütbəli iranlı rəsminin öldürüldüyünü açıqlayıb:

“Onlar hamısı bir yerə toplaşaraq bir qədər qürrələndilər. Tapılmayacaqlarını düşünürdülər, lakin belə olmadı. Biz buna görə şoka düşdük”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
43
interpress.az

1Mənbələr