ABŞ və İsrailin İrana hücumlarının başlanmasından sonra daha bir amerikalı əsgər ölüb.
Redaktor.az xarici mətbuata istinadla xəbər verir ki, bununla da, Yaxın Şərqdə ölən ABŞ hərbçilərinin sayı 4 nəfərə çatıb.
Qeyd edək ki, ötən gün ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) üç amerikalı hərbçinin öldüyünü və beşinin ağır yaralandığını açıqlamışdı.