AZ

"İlham Əliyevlə əlavə addımlar barədə razılığa gəldik" - Overçuk

Xəbər verdiyimiz kimi, Azərbaycan və Rusiya 2024-cü il dekabrın 25-də "AZAL" təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.

"Unikal" xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu barədə açıqlama verib. 

Overçuk İlham Əliyevin qəbulundan sonra deyib: "Bu səhər Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz oldu . 25 dekabr 2024-cü ildə baş verən faciə ilə bağlı məsələləri müzakirə etdik. Bu məsələ ilə bağlı ortaya çıxan bütün məsələlərin həlli üçün əlavə addımlar barədə razılığa gəldik".

Ağarza Elçinoğlu 

Seçilən
31
2
unikal.az

3Mənbələr